Serbiyada keçirilən Avropa birinciliyində sablyaçımız Zərifə Hüseynova 12-ci olub
Serbiyanın Novi Sad şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində yeniyetmə sablyaçımız Zərifə Hüseynova uğurlu çıxış edib.

Qrup mərhələsini 4 qələbə ilə bitirən Zərifə Hüseynova uğurlu çıxışın davamını pley-offda da gətirib.

İlk pley-off görüşündə Yunanıstan təmsilçisi Konstantina Kefalanı 15:10 hesabı ilə məğlub edən Zərifə ən güclü 8 idmançı sırasına yüksəlmək uğrunda keçirilən qarşılaşmada macar Emese Domonkosa 4:15 hesabı ilə uduzub.

Zərifə Hüseynova yekun sıralamada 12-ci olub.

Xəbər 316 dəfə oxundu.