Azərbaycanın qadın qrupu Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qızıl medal qazanıb
Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında qızıl medal qazanıb.

13-19 yaş kateqoriyasında mübarizə aparan qrupumuzun final mərhələsində çıxışı 28,930 xalla qiymətləndirilib.

İlk üçlükdə Belçika (28,650 xal) və Rusiya (28,400) qrupları yer alıblar.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.

Xəbər 265 dəfə oxundu.