Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib.

Azsport.az federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, müxtəlif sferalarda çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir.

Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dövlət Bayrağı Meydanı – Azneft Meydanı marşrutu üzrə hərəkət ediblər.

Xəbər 422 dəfə oxundu.