Serbiyada keçirilən Avropa birinciliyində yeniyetmə və gənc qılıncoynadanlarımız çıxışlarını başa vurublar
Qılıncoynadanlarımız Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışlarını başa vurublar.

Yeniyetmə qız şpaqaçıların komanda yarışında Nazilə Rəhimova, Xədicə Həsənli və Alfiyə Abdinovadan ibarət kollektiv ilk görüşündə Şimali Makedoniya yığmasına 45:26 hesabı ilə qalib gəlib.

Ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada İsraili təmsil edən seçmə kollektivə 42:43 hesabı ilə uduzan şpaqaçılarımız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Türkiyə millisinə (32:36) uduzsa da, Estoniya yığmasına (44:43) qalib gəlib.
Yeniyetmə şpaqaçılarımız son görüşündə Rumıniya komandasına 42:45 hesabı ilə məğlub olub.

Xəbər 386 dəfə oxundu.