Azərbaycanın qadın qrupu dünya yaş qrupları yarışlarının temp hərəkətində altıncı olub
Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnstikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında temp hərəkətində altıncı olub.

13-19 yaş kateqoriyasında mübarizə aparan qrupumuzun təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 26,870 xalla qiymətləndirilib.

Bu hərəkətdə İsrail komandası 28 xalla birinci pillədə yer alıb. İlk üçlükdə Portuqaliyanın ikinci və birinci komandaları yer alıbıar. Komandaların hesabında müvafiq olaraq, 27,560 və 27,550 xal var.

Qadın qruplar arasında balans hərəkətində yarış martın 6-da təşkil olunacaq. İki hərəkətin cəmində ilk 8 pillədə yer alan komandalar finala yüksələcəklər.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.

Xəbər 268 dəfə oxundu.