Dünya yaş qrupları yarışlarında qadın cütlüklərin balans hərəkətində təsnifat mərhələsinə yekun vurulub
Bakıda keçirilən akrobatika gimnstikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında qadın cütlüklərin balans hərəkətində təsnifat mərhələsinə yekun vurulub.

13-19 yaş kateqoriyasında gimnasların mübarizəsində Rusiya komandası 27,800 xalla birinci pillədə qərarlaşıb. İlk üçlüküdə 27,550 xalla Belçika və İsrail (27,500) yer alıblar.

Qadın cütlüklərin temp hərəkəti üzrə təsnifat mərhələsi martın 6-da təşkil olunacaq. İki hərəkətin cəmində ilk 8 pillədə yer alan komandalar finala vəsiqə qazanacaqlar.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.

Xəbər 273 dəfə oxundu.