Avropa Peşəkar Futbol Liqaları Rusiya Premyer Liqasını üzvlükdən çıxarıb
Avropa Peşəkar Futbol Liqaları (EPFL) Rusiya Premyer Liqasını üzvlükdən çıxarıb.

EPFL-in İdarə Heyətinin qərarına əsasən bu, əsas çempionatla yanaşı Milli Futbol Liqasına da şamil olunub.

Qeyd edək ki, FIFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb. Rusiya Futbol İttifaqı məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edib.

Xəbər 260 dəfə oxundu.