Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib
On doqquz yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq miniturnirdə iştirak etməyəcək. Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan yaşıdlarına qarşı keçirəcək.

Oyunlar Karlovac şəhərindəki “Mladost Arena”da təşkil olunacaq.

Xəbər 260 dəfə oxundu.