Nəsimi rayon məktəbliləri arasında mini futbol turniri keçirilib
Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində “Azfar” MMC-nin stadionunda Nəsimi rayon məktəbliləri arasında 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş mini futbol turniri keçirilib.

Maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə görə, 211 saylı tam orta məktəbin komandası birinci yeri tutub. İkinci yerə 5, üçüncü pilləyə isə 240 saylı tam orta məktəblərin yığmaları layiq görülüblər.

Qaliblər kubok, diplom və medallarla təltif ediliblər.

Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağını artırmaq, idman növlərini məktəblilər arasında təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil etmək olub.

Xəbər 295 dəfə oxundu.