Macarıstanda qılıncoynatmanın şpaqa növü üzrə Qran-Pri turnirinə start verilib
Martın 4-də Macarıstanın paytaxtı Budapeşt şəhərində qılıncoynatmanın şpaqa növü üzrə Qran-Pri turnirinə start verilib.

Kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov ən güclü 64-lüyə kimi irəliləməyi bacarıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Ruslan Həsənov ilk pley-off görüşündə kanadalı Yuan Zhi Pana (15:10), ardınca isə fransalı Lilian Nguefaka (15:8) qalib gəlib. Həsənov sabah keçiriləcək əsas mərhələnin ilk görüşündə Tristan Tulenlə (Niderland) qarşılaşacaq.

Qrup mərhələsində 3 qələbə qazanan Kənan Əliyev pley-offda Mavriki təmsilçisi Satya Gunputa 14:15 hesabı ilə məğlub olub.

Qrupda 1 qələbəsi olan Fərrux Səfərov və Brat Quliyev mübarizəni erkən dayandırıb.

Xəbər 336 dəfə oxundu.