Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının ikinci mərhələsində daha bir heç-heçəyə imza atıb
Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Təmsilçimizin D qrupunda dördüncü görüşündə çinli Yu Yangi ilə qarşılaşması da heç-heçə ilə başa çatıb. Qeyd edək ki, Ş.Məmmədyarovun bundan əvvəlki üç turda görüşlərində də heç-heçə qeydə alınıb.

Hazırda şahmatçımızın aktivində 2 xal var.

Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Xəbər 271 dəfə oxundu.