Azərbaycan Boks Federasiyasında Beynəlxalq Olimpiya Komitəsinin ingiltərəli həkimi ilə görüş olub
Azərbaycan Boks Federasiyasında (ABF) Beynəlxalq Olimpiya Komitəsinin ingiltərəli həkimi, professor Mayk Luzmor və “Complexcore” fizioterapiya təşkilatının avstriyalı direktoru Tomas Taro Netzer ilə görüş olub.

Görüşdə ABF-in baş katibi Nağı Səfərov, idarə heyətinin üzvü Rövşən Hüseynov, federasiya prezidentinin müşaviri Samir Hüseynov, qurumun həkimləri Zaur Abdullayev, Leyla Nəsirova, fizioterapevtlər Bəxtiyar Musayev və Fuad Əliyev iştirak ediblər.

Söhbət zamanı əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb, belə görüşlərin davamlı keçirilməsi barədə razılıq əldə olunub.

Xəbər 296 dəfə oxundu.