Muay-tay üzrə IV Azərbaycan çempionatı keçiriləcək | |
Martın 11-də yeniyetmə, gənclər və böyüklər arasında muay-tay üzrə IV Azərbaycan çempionatı start götürəcək. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Muay-tay Tayboks Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış Şağan Olimpiya İdman Kompleksində baş tutacaq. Turnirdə Bakı ilə yanaşı, regionlardan - Sumqayıt, Gəncə, Naxçıvan, Şəki, Göyçay, Mingəçevir, Samux, Salyan, digər şəhər və rayonlardan 200-ə yaxın idmançının iştirakı nəzərdə tutulub. Ölkə çempionatı üç gün davam edəcək. |
|
Xəbər 311 dəfə oxundu. |
|
|