İdman gimnastımız Qətərdə bürünc medala sahib olub
Qətərin paytaxtı Dohada idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir.

Yarışda ölkəmizi yığma komandamızın üzvləri Nikita Simonov və İvan Tixonov təmsil edirlər.

Yarışların üçüncü günündə gimnastımız Nikita Simonov uğurla çıxış edərək halqa ilə hərəkətlərin icrasında bürünc medal qazanıb.

Digər təmsilçimiz İvan Tixonov da parallel qollar və turnik hərəkətlərinin icrasında finala vəsiqəni təmin edib. İdmançımız martın 5-də finalda mübarizə aparacaq.

Xəbər 239 dəfə oxundu.