AFFA “Neftçi”nin futbolçusunu 4 oyunluq cəzalandırıb
AFFA-nın İntizam Komitəsi “Neftçi”nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.

Buna səbəb 27 yaşlı hücumçunun Birinci Divizionun 16-cı turunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir etməsidir. O, bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb. M.Abbasov 4 oyunluq diskvalifikasiya olunub, klubu isə 320 manat cərimələnib.

Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Xəbər 255 dəfə oxundu.