Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin dördüncü turunda mübarizə aparacaq
Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin dördüncü turunun oyunları keçiriləcək.

Təmsilçimiz D qrupunda dördüncü görüşündə çinli Yu Yangi ilə qarşılaşacaq. Qeyd edək ki, Ş.Məmmədyarovun bundan əvvəlki üç turda görüşləri heç-heçə ilə başa çatıb. Qrupda hər şahmatçının aktivində 1,5 xal var.

Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək.

Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı bu il keçiriləcək namizədlər turnirinə vəsiqə qazanacaq.

Xəbər 282 dəfə oxundu.