Belarus – Azərbaycan matçı neytral ölkədə keçiriləcək
Futbol üzrə Belarus və Azərbaycan milli komandaları arasında UEFA Millətlər Liqasının qrup oyununun yeri dəyişdirilib.

Bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar verib.

Qərara əsasən, Belarus yığmaları və klubları ev oyunlarını neytral ölkədə keçirəcəklər və həmin qarşılaşamalara azarkeş buraxılmayacaq.

Qərar dərhal qüvvəyə minib. UEFA İcraiyyə Komitəsi ehtiyac yaranarsa, hazırkı durumu yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbədənkənar iclaslar keçirəcək.

Qeyd edək ki, iyunun 6-da keçiriləcək Belarus - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Belarus yığması iyunun 10-da Qazaxıstan/Moldova cütünün qalibini, sentyabrın 25-də isə Slovakiyanı qəbul edəcək.

Xəbər 273 dəfə oxundu.