Gənc oğlan boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub
Gənc oğlan boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

Azərbaycan Boks Federasiyasının (ABF) qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.

İndiyədək qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq. Onun ilk sınağı aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bu günlərdə təlim-məşq toplanışına başlayacaq.

Xəbər 269 dəfə oxundu.