“Neftçi” tarix yazdı!!! | |
“Neftçi” bu gün Avropa Liqasında son təsnifat mərhələsinin cavab oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, qrup mərhələsinə vəsiqə qazanmaq arzusunda olan “ağ-qaralar” Kiprdə yerli APOEL-lə qarşılaşıblar. Matç, Bakıda Nikosiya təmsilçisi ilə 1:1 hesablı heç-heçə edən Böyükağa Hacıyevin komandası üçün asan olmasa da, bayraqdar mümkün olanı etdi - rəqibi 3 qolla məyus edib tarixi nailiyyət əldə edərək, Avroliqanın qrup mərhələsinə düşdü. APOEL (Kipr) – “Neftçi” (Azərbaycan) - 1:3 Qol: Benaçour, 44 - İmamverdiyev, 22, Vobay, 31, Flavinyu, 60 Baş hakim: Səid Ennjimi Nikosiya. GSP stadionu İlk oyun – 1:1 |
|
Xəbər 1065 dəfə oxundu. |
|
|