Sərbəst güləş üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Şağan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən sərbəst güləş üzrə paytaxt çempionatının qalibləri müəyyənləşib.

Sərbəst güləş üzrə 200-dən çox idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Belə ki, Muhəmməd İsmayılov (45 kq), Elvin Cəfərquliyev (48 kq), Hüseyn Hüseynov (51 kq), Kamil Əhmədzadə (55 kq), Ağa Qasımov (60 kq), Yusif Salmanov (65 kq), Vasif Xudiyev (71 kq), Xəyal Əsgərov (92 kq), Anar Cəfərli (80 kq) və Fərid Qazıyev (110 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.

Martın 3-4-də isə yunan-Roma güləşçiləri 10 çəki dərəcəsi üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər 388 dəfə oxundu.