Azərbaycan Cüdo Federasiyası tərəfindən keçirilən təcrübə proqramında fərqlənən könüllülər təltif olunub
Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən keçirilən təcrübə proqramında fərqlənən könüllüləri təltif olunub.

Tədbirdə federasiyanın baş katibi Rəşad Rəsullu ACF-in bundan sonra da öz fəaliyyətində könüllülərin dəstəyindən yaxından istifadə edəcəyini bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Öz növbəsində könüllülər onlara yaradılan imkana görə ACF-ə təşəkkür ediblər.

Sonra təcrübə proqramında fəal iştirak edən könüllülər sertifikatla təltif ediliblər.

Xəbər 639 dəfə oxundu.