Praqada keçiriləcək açıq Avropa turnirində Azərbaycanı altı cüdoçu təmsil edəcək
Martın 5-6-da Çexiyanın paytaxtı Praqada cüdo üzrə açıq Avropa turniri keçiriləcək.

Qadınlardan ibarət komandamız yarışda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında iştirak edəcək. Turnirdə altı cüdoçumuz - Aydan Vəliyeva, Aişə Qurbanlı (48 kq), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Açıq Avropa turnirinə 46 ölkədən 589 (360 kişi, 229 qadın) idmançı qatılacaq.

Xəbər 295 dəfə oxundu.