Binəqədidə məktəblilər arasında voleybol yarışı keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində 248 nömrəli tam orta məktəbdə oğlanlar arasında voleybol yarışı keçirilib.

Yarışda rayonun orta təhsil müəssisələrinin komandaları iştirak edib. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə görə, 248 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. İkinci və üçüncü yerləri, müvafiq olaraq 83 nömrəli Məktəb-Liseyin və 244 nömrəli tam orta məktəbin voleybolçuları qazanıblar.

Sonda qaliblər müxtəlif dərəcəli diplomlarla təltif ediliblər.

Xəbər 365 dəfə oxundu.