Avropa Reqbi Federasiyası Rusiyada keçirilməsi nəzərdə tutulan 5 turniri ləğv edib
Beynəlxalq və Avropa Reqbi federasiyaları Rusiya və Belarusu irimiqyaslı turnirlərdən kənarlaşdırıblar.

Beynəlxalq Reqbi Federasiyası Rusiyanın təşkilata üzvlüyünü dayandırıb. Təşkilat rəhbərliyi bu addımı Beynəlxalq Olimpiya Komitəsinin çağırışına dəstək nümayiş etdirmək məqsədilə atdığını açıqlayıb.

2022-ci ildə Avropa Reqbi Federasiyasının bayrağı altında Rusiyada keçirilməsi nəzərdə tutulan 5 turnir ləğv olunub. Belə ki, çimərlik reqbisi və qar üzərində reqbi üzrə Avropa çempionatları, reqbi-7 üzrə dünya çempionatının mərhələ yarışı, Avropa Çempionlar kuboku yarışı və U-18 qitə birinciliyi Rusiyada keçirilməyəcək.

Xəbər 294 dəfə oxundu.