PFL oyunlardan sonra futbolçulardan açıqlama alınması ilə bağlı təlimatda dəyişiklik edib
Peşəkar Futbol Liqası (PFL) KİV nümayəndələrinin oyunlardan sonra futbolçulardan açıqlama alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar UEFA-nın “Futbola qayıdış” protokoluna əsasən mövcud təlimatda dəyişiklik edib.

Azsport.az PFL-in saytına istinadla xəbər verir ki, dəyişikliyə əsasən, oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə keçirilən mətbuat konfransından sonra hər klubun meydanda olmuş ən azı bir futbolçusunun stadionun konfrans zalında pandemiya qaydalarına riayət olunması şərti ilə açıqlama verməsi tövsiyə edilir. Oyunçu sayı jurnalistlərlə klubların mətbuat xidmətlərinin rəhbərlərinin razılığı ilə artırıla bilər. Açıqlama verəcək futbolçuların kimliyini klubların mətbuat xidmətləri müəyyənləşdirəcək.

Xəbər 281 dəfə oxundu.