“Sabah”ın sabiq qapıçısı karyerasını Qazaxıstanda davam etdirəcək
Bakının “Sabah” klubundan ayrılan qapıçı Saşa Stamenkoviçin yeni komandası müəyyənləşib.

Serbiyalı qolkiper karyerasını Qazaxıstanın “Aktobe” klubunda davam etdirəcək. Bu barədə Premyer Liqa təmsilçisinin saytı məlumat yayıb. Otuz yeddi yaşlı qapıçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, futbolçu 2016/2017-ci il mövsümündə Qazaxıstanın “Okjetpes” klubunda çıxış edib. 2018-ci ildən “Sabah”da oynayan S.Stamenkoviçin ötən ilin dekabrında öz istəyi ilə müqaviləsi ləğv edilib.

Əlavə edək ki, Qazaxıstanda yeni mövsümə martın 5-i start veriləcək.

Xəbər 283 dəfə oxundu.