Beynəlxalq Konkisürmə İttifaqı Rusiya və Belarus idmançılarının turnirlərdə iştirakına qadağa qoyub
Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiya və Belarus idmançılarını təşkilatın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırıb.

Bu barədə ISU-nun mətbuat xidməti məlumat yayıb.

Yarış qadağası fiqurlu konkisürmə, şort-trek və sürətli konkisürmə idman növlərinə şamil edilir. Beləliklə, Rusiya idmançıları Norveçdə (3-6 mart) sürətli konkisürmə, Monrealda şort-trek (18-20 mart) və Monpelyedə (21-27 mart) fiqurlu konkisürmə üzrə dünya çempionatlarında iştirak etməyəcəklər.

Xəbər 267 dəfə oxundu.