Usta cüdoçular arasında Azərbaycan çempionatının qalib və mükafatçıları müəyyənləşib
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində usta cüdoçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Yarışda 120-ə yaxın cüdoçu gücünü sınayıb. Kişilərin yarışında yekun nəticələrə görə, 60, 66, 73, 81, 90, 100 və +100 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli yığma komandasına cəlb olunması ilə yanaşı, gənc nəslə örnək olaraq sağlam həyat tərzinin təbliği və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

Xəbər 525 dəfə oxundu.