Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının ikinci mərhələsində mübarizəyə başlayır
Martın 1-də Serbiyanın paytaxtı Belqradda FIDE Qran-Pri seriyasının ikinci mərhələsində birinci turun oyunları keçiriləcək.

Ölkəmizi yarışda təmsil edən Şəhriyar Məmmədyarov çinli Yu Yanqyi ilə görüşəcək.

Ümumilikdə 16 şahmatçının iştirak etdiyi yarışa martın 14-də yekun vurulacaq.

Şəhriyar Məmmədyarov, həmçinin turnirin üçüncü mərhələsində də mübarizə aparacaq. Şahmatçılar hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Xəbər 260 dəfə oxundu.