AFFA-da Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi ilə görüş olub
Fevralın 28-də AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Reqbi Federasiyasının (ARF) nümayəndələri arasında görüş keçirilib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, ARF-nin prezidenti Elşən Abbasov, vitse-prezidentlər Elvar Osmanov, Müşfiq Cəfərov və baş katib Samirə Allahverdiyevanın iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlıq müzakirə olunub və ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər 270 dəfə oxundu.