Bakıda keçiriləcək 12-ci dünya yaş qrupları yarışlarında İspaniyanı 10 gimnast təmsil edəcək
Martın 3-dən 6-dək Bakıda akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda ilkin qeydiyyat siyahısına əsasən 21 ölkədən 466 gimnastın iştirakı gözlənilir.

Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Turnirdə İspaniyanı 10 gimnast təmsil edəcək. Belə ki, Andrea Lopez, Leyre Lopez, Adrian Fulquie Amaya, Daniela Girol, Maria Karmen Alvarez, Jara Molina, Maria Mudarra, Luna Delgado, Paula Juarez və Monika Coana Lopez Fresneda birincilik uğrunda mübarizə aparacaqlar.

Xəbər 277 dəfə oxundu.