Azərbaycan millisinin Avropa çempionatının əsas seçmə mərhələsi üçün ilkin heyəti müəyyənləşib
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsində martın 16-dan 19-dək Xorvatiyada keçiriləcək oyunlar üçün ilkin heyəti açıqlanıb.

Millimiz seçmə mərhələyə hazırlıq məqsədilə ilə martın 3-dən 13-dək təlim-məşq toplanışı keçirəcək.

Hazırlıq prosesinə Nazim Rəhimov, Fariz Mehralıyev, Xəzər Ağalızadə (U-19), Azər Fərmanov (“Araz-Naxçıvan”), Nurlan Məmmədov, Məhəmməd Abbasov, Novruz Kazıxanov (U-19), Əliəkbər Şəbiyev (“Yasamal”), Şahmar Cəfərli, Ramazan Atakişiyev, Mikayıl Qiyasov, Mirzə Əmirov, Şaiq Vəlizadə, Fuad Məmmədzadə, Zaur Sultanov və Hüseyn Abtalıbov (U-19) dəvət olunublar.

Millimiz martın 16-da Belarus, ertəsi gün Xorvatiya, ayın 19-da isə Latviya ilə qarşılaşacaq.

Xəbər 274 dəfə oxundu.