Serbiyada yeniyetmə və gənc qılıncoynadanlar arasında Avropa birinciliyinə start verilib
Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənc qılıncoynadanlar arasında Avropa birinciliyinə start verilib.

Yarışın birinci günündə gənc oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

İdmançılarımızdan qrup mərhələsini uğurla adlayan Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (2 qələbə) və Ayxan Xasıyev (2 qələbə) pley-offda keçirdiyi ilk görüşdə məğlub olub.

Murad Əkbərov 32-liyə yüksəlmək uğrunda görüşdə Fransa təmsilçisi Hüqo Latapiyə (5:15), Ayxan Xasiyev rusiyalı İvan Tsipinə (5:15), Maqsud Hüseynli isə italiyalı Lorenzo Ottavianiyə (5:15) uduzublar. Qrupda bir qələbəsi olan Saleh Məmmədov mübarizəni erkən dayandırıb.

Avropa birinciliyinə martın 7-də yekun vurulacaq.

Xəbər 305 dəfə oxundu.