Usta cüdoçular arasında Azərbaycan çempionatı start götürüb
Fevralın 28-də usta cüdoçular arasında Azərbaycan çempionatı start götürüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 120-ə yaxın cüdoçu 60, 66, 73, 81, 90, 100 və +100 kiloqram çəki dərəcələrində gücünü sınayır.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli yığma komandasına cəlb olunması ilə yanaşı, gənc nəslə örnək olaraq sağlam həyat tərzinin təbliği və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

Xəbər 284 dəfə oxundu.