Azərbaycanın cüdo millisinə yeni baş məşqçi təyin olunub
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

Yığma almaniyalı Riçard Trautmana tapşırılıb.

Yeni yaradılacaq performans direktoru vəzifəsinə isə niderlandlı Mark van der Ham gətirilib. Hər iki mütəxəssis martın 1-də vəzifələrinin icrasına başlayacaq.

Kişilərdən ibarət yığmanın hazırkı baş məşqçisi Mövlud Mirəliyev yığmada böyük məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Riçard Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 53 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb. Trautman həmin il ölkəsində yığmanın köməkçi məşqçisi olub. Baş məşqçi 2005 - 2008-ci illərdə yeniyetmələrdən ibarət komandaya, 2009 - 2016-cı illərdə gənclərdən ibarət yığmaya, 2016 - 2021-ci illərdə isə böyüklərdən ibarət milliyə rəhbərlik edib.


Xəbər 562 dəfə oxundu.