“Qəbələ” klubu səfərdə “Sumqayıt”ı böyük hesabla məğlub edib
Fevralın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.

Günün ikinci matçında "Sumqayıt" klubu "Qəbələ"ni qəbul edib.

Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. "Qırmızı-qaralar"ın qollarını 2-ci dəqiqədə Rafael Utriq, 39-cu dəqiqədə Ruan Renato, 41-ci dəqiqədə Rövlan Muradov, 68-ci dəqiqədə isə Murad Musayev vurub.

Xallarının sayını 32-yə çatdıran "Qəbələ" ikinci pillədəki mövqeyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-ci yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Xəbər 268 dəfə oxundu.