Azərbaycan cüdoçuları açıq Avropa turnirinin birinci günündə 4 medal qazanıblar
Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turnirinin birinci günündə Azərbaycan komandası uğurla çıxış edərək 2 qızıl,1 gümüş, 1 bürünc medal qazanıblar.

Qızıl medalları Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) əldə ediblər. Gümüş medala İsmayıl İbrahimov (66 kq) sahib olub. Rövşən Əliyev (60 kq) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, bu gün start götürən turnirdə 8 cüdoçumuz iştirak edib.

Xəbər 273 dəfə oxundu.