Açıq Avropa turniri: Daha 5 cüdoçumuz mübarizəyə qoşulur
Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri davam edir.

Yarışın ikinci günündə daha 5 cüdoçumuz mübarizəyə qoşulur. Belə ki, komandamızın üzvləri Zelim Tçkayev (81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (90 kq), İmran Yusifov, Camal Feyziyev (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin birinci günündə Azərbaycan komandası uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

Qızıl medalları komandamızın aktivinə Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) yazdırıblar. Gümüş medala İsmayıl İbrahimov (66 kq), bürünc medala isə Rövşən Əliyev (60 kq) sahib olublar.

Bu nəticə ilə yığmamız Yaponiya və Fransa komandalarını geridə qoyaraq birinci yerdə qərarlaşıb.

Azərbaycanın 13 idmançı ilə qatıldığı açıq Avropa turniri bu gün başa çatacaq.

Xəbər 265 dəfə oxundu.