Ukrayna futzalında faciə baş verib
Ukrayna futzalında faciə baş verib. Veteranlar arasında keçirilən matç zamanı “Energiya” komandasının üzvü Boqdan Şesnoviç oyun zamanı özünü pis his edib. Həkimlərin müdaxiləsi gecikib və veteran futzalçı ürək dayanmasından həyatını dəyişib.

Qeyd edək ki, Şesnoviç futbolla həvəskar səviyyədə məşğul olub. O, Lvov şəhərinin “Lvovyanka” qadınlar komandasının baş məşqçisi kimi də işləyib.

Xəbər 1023 dəfə oxundu.