Azərbaycan cüdoçusu açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıb
Varşavada keçirilən cüdo üzrə açıq Avropa turnirində uğurla çıxış edən Azərbaycan idmançısı Əhməd Yusifov yarımfinala vəsiqə qazanıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz yarımfinala gedən yolda ilk görüşdə fransalı Riçard Vergnes, daha sonra Qazaxıstan təmsilçisi Damir Bolatbekov və kanadalı Julien Fraskadoreni məğlubiyyətə uğradıb.

Bu gün start götürən turnirdə 8 cüdoçumuz iştirak edir.
Azərbaycanın 13 idmançı ilə qatıldığı açıq Avropa turniri iki gün davam edəcək.

Xəbər 292 dəfə oxundu.