Gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ikinci gününün qalibləri müəyyənləşib
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ikinci gününə yekun vurulub.

Turnirin ikinci günündə qızlar və oğlanlar arasında 5 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Qızların mübarizəsində Aysun Verdiyeva (63 kq), Aytac Qardaşxanlı (70 kq), oğlanların yarışında isə Məhərrəm Mirzəyev (55 kq), Ömər Rəcəbi (81 kq), Nihad Şıxəlizadə (90 kq) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutublar.

Birincilikdə Bakı, Sumqayıt şəhərlərindən, eləcə də ölkənin müxtəlif regionlarından klub, cəmiyyət və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizəyə qoşulub. Yarışa fevralın 27-də yekun vurulacaq.

Xəbər 280 dəfə oxundu.