Sabah Varşavada cüdo üzrə açıq Avropa turniri start götürəcək
Fevralın 26-da Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri start götürəcək.

Yarışda ölkəmizi böyük məşqçi Elçin İsmayılovun və məşqçi Zaur Babayevin rəhbərliyi altında kişilərdən ibarət yığma komanda təmsil edəcək.

Qitə yarışında cüdoçularımızdan Əhməd Yusifov, Rövşən Əliyev, Nazir Talıbov (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (90 kq), İmran Yusifov, Camal Feyziyev (+100 kq) mübarizə aparacaqlar.

Yarışda 32 ölkədən 400-dən çox idmançı gücünü sınayacaq.

Xəbər 299 dəfə oxundu.