"Formula 1" üzrə Rusiya Qran-prisi ləğv edilib | |
"Formula 1" üzrə Rusiya Qran-prisi ləğv olunub. Bu barədə "Formula 1" şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir. Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya Qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib. Qeyd edək ki, Rusiya Qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi. |
|
Xəbər 292 dəfə oxundu. |
|
|