“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Azərbaycan futbol tarixinə düşüb
Maksim Medvedev Azərbaycan futbol tarixinə düşüb.

33 yaşlı müdafiəçi avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu adına yiyələnib.

Futbolçu şərəfini qoruduğu “Qarabağ”ın “Marsel” ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında rekordunu rəsmiləşdirib. Həmin görüş onun qitə miqyaslı turnirlərdə 114-cü oyunu olub.

Avrokuboklarda 2009-cu ildə debüt edən M.Medvedev bununla da Rəşad Sadıqova məxsus rekordu arxada qoyub. “Neftçi”, “Kayserispor” və “Qarabağ”la qitə səhnəsinə çıxan R.Sadıqovun hesabında 113 matç var.

Yalnız “Qarabağ”ın formasını geyinən M.Medvedev Çempionlar Liqasında 35, Avropa Liqasında 66, Konfrans Liqasında 13 oyunda forma geyinib. Onun aktivində 3 qol var.

Xəbər 293 dəfə oxundu.