Bu gün UEFA Avropa və Konfrans liqalarının səkkizdəbir final mərhələlərinin püşkü atılacaq
Fevralın 25-də futbol üzrə UEFA Avropa və Konfrans liqalarında səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunacaq. Bakı vaxtı ilə saat 15:00-da UEFA Avropa Liqasının, saat 16:00-da isə UEFA Konfrans Liqasının səkkizdəbir final mərhələlərinin püşkü atılacaq.

Püşk nəticəsində səkkiz qarşılaşmada üz-üzə gələcək rəqiblər səpələnmişlər və səpələnməmişlər səbətlərindən seçilərək müəyyənləşdiriləcək. Türkiyənin UEFA Avropa Liqasındakı yeganə təmsilçisi “Qalatasaray” qrup qaliblərindən ibarət səpələnmişlər sırasındadır. Bu səbəbdən “sarı-qırmızılar” cavab görüşünü doğma azarkeşlər önündə keçirəcək. Səpələnməmişlər səbətində isə pley-off mərhələsinin qalibləri yer alıb. Eyni ölkənin komandaları bir-birilərinə rəqib ola bilməyəcəklər.

Səpələnmişlər arasında “Srvena Zvezda” (Serbiya), “Ayntraxt” (Almaniya), “Qalatasaray” (Türkiyə), “Bayer Leverkuzen” (Almaniya), “Lion” (Fransa), “Monako” (Fransa), “Spartak” (Rusiya), “Vest Hem Yunayted” (İngiltərə), səpələnməmişlərdə isə “Atalanta” (İtaliya), “Leyptsiq” (Almaniya), “Portu” Portuqaliya), “Sevilya” (İspaniya), “Barselona” (İspaniya), “Betis” (İspaniya), “Reyncers” (Şotlandiya) və “Braqa” (Portuqaliya) komandaları yer alıb. Mərhələnin ilk matçları martın 10-da, cavab görüşləri isə martın 17-də olacaq.

UEFA Konfrans Liqasında səpələnmişlər səbətində “AZ Alkmar” (Niderland), “Bazel” (İsveçrə), “Kopenhagen” (Danimarka), “Feyenoord” (Niderland), “Gent” (Belçika), LASK (Avstriya), “Renn” (Fransa), “Roma” (İtaliya), səpələnməmişlərdə isə “Budyo Qlimt” (Norveç), “Lester Siti” (İngiltərə), “Marsel” (Fransa), PAOK (Yunanıstan), “Partizan” (Serbiya), PSV (Niderland), “Slaviya Praqa” (Çexiya) və “Vitess” (Niderland) komandaları yer alıblar.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.

Xəbər 287 dəfə oxundu.