Gənc cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb
Fevralın 25-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb.

21 yaşadək gənclər arasında keçirilən çempionatın birinci günündə oğlanlar 60, 73, qızlar isə 44, 48, 57 kiloqram çəki dərəcələrində yarışırlar. Birincilikdə Bakı, Sumqayıt şəhərlərindən, eləcə də ölkənin müxtəlif regionlarından olan klub, cəmiyyət və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizəyə qoşulub.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin formlaşdırılması, cüdonun kütləviliyinin artırılması və perspektivli idmançıları müəyyənləşdirərək gənclərdən ibarət yığma komandaya cəlb etməkdir.

Yarışlara fevralın 27-də yekun vurulacaq.

Xəbər 286 dəfə oxundu.