Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatının birinci gününə yekun vurulub
Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatının birinci gününə yekun vurulub.

Yarışın birinci günündə atletlər temp və balans hərəkətləri üzrə yarışlarda mübarizə aparıblar. Bu hərəkətlər üzrə qadın qrupları, qadın cütlüklər, qarışıq cütlüklər və kişi cütlüklərin final mübarizəsi fevralın 25-də təşkil olunacaq.

İki gün davam edəcək yarışda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən 41 idmançı iştirak edir.

Yarış ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Xəbər 315 dəfə oxundu.