Mingəçevirdə futbol hakimləri üçün seminar təşkil olunub
AFFA tərəfindən Mingəçevirdə Şimal-Qərb zonasından olan futbol hakimləri üçün seminar təşkil olunub.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Hakimlər Komitəsinin üzvü Anar Salmanov Mingəçevir, Zaqatala, Qax, Tovuz, Gəncə, Qəbələ və Şəkidən olan hakimlərə nəzəri və praktiki məşğələlər keçib.

Seminarda hakimlikdə tətbiq edilən yeni oyun qaydaları izah olunub, gənc hakimlərin sualları cavablandırılıb.

Xəbər 261 dəfə oxundu.