Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb
UEFA Avropa Liqası və Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Bu, pley-off mərhələsinin cavab görüşlərindən sonra bəlli olub.

Avropa Liqasında Ceyms Tavernye ("Reyncers", Şotlandiya), Rikardu Orta ("Braqa", Portuqaliya), Mehdi Taremi ("Portu", Portuqaliya), Ruslan Malinovski ("Atalanta", İtaliya), Konfrans Liqasında isə Ola Solbakken ("Budyo Qlimt", Norveç), Ceyms Meddison ("Lester", İngiltərə), İra Sor ("Slaviya", Çexiya) və Eli Dasa ("Vitess", Niderland) "4-lüy"ə daxil olub.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Xəbər 272 dəfə oxundu.