Azərbaycan millisinin voleybolçusu Macarıstanda kubok qazanıb
Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun heyətində növbəti uğurunu qazanıb.

Təcrübəli blokçunun komandası MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olub.

“Vaşaş” Vyanada keçirilən yarışın finalında Sloveniyanın “Kalsit” klubu ilə üz-üzə gəlib. Macarıstan təmsilçisi rəqibini çətinlik çəkmədən məğlub edib - 3:0 (25:22, 25:16, 25:19).

Bununla da Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vaşaş” mövsümdə ilk beynəlxalq kuboku qazanıb.

Xəbər 308 dəfə oxundu.